Ukraynalı idmançı rusiyalı həmkarı ilə şəkil çəkdirməkdən imtina etdi


Ukraynalı üzgüçü Aleksandr Komarov Parisdə keçirilən Paralimpiya Oyunlarında mükafatlandırma mərasimindən sonra rusiyalı üzgüçü Kirill Pulverlə birgə şəkil çəkdirməkdən imtina edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Pulver dayaq-hərəkət sistemi pozğunluğu olan idmançılar arasında 200 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə gümüş medal qazanıb. Komarov isə bu yarışda üçüncü yerlə kifayərlənib. Yarışın qalibi isə italiyalı Françesko Boççardo olub.
Mükafatlandırma mərasimindən sonra Pulver və Boççardo kürsüdə birgə foto çəkdiriblər.
Qeyd edək ki, Parisdə Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Top