XİN Zəfər Bayramı münasibətilə Türkiyəni təbrik etdi


Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat dərc edilib.
“Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust – Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top