Gürcüstana nə qədər azərbaycanlı gedib? – İki fərqli məlumat var


Bu ilin ilk altı ayı ərzində Gürcüstana 3 milyon 21 min 67 əcnəbi səfər edib və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.
Yeniavaz.com
Gürcüstan Milli Turizm Administrasiyasının məlumatlarına istinadən xəbər verir ki, ölkəyə daxil olan əcnəbilərin 2 milyon 124 min nəfəri turizm məqsədi ilə səfər edib.
Bu məqsədlə Gürcüstana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.
Gürcüstana səfər edən əcnəbilərin arasında Azərbaycan vətəndaşları 5-ci sırada yer alıblar. Gürcüstan Milli Turizm Administrasiyasının məlumatında bildirilir ki, bu ilin ilk yarısında ölkəyə 99 min 472 Azərbaycan vətəndaşı səfər edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatla Gürcüstan Milli Turizm Administrasiyasının açıqladığı məlumatlar arasında fərqlər var. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, bu ilin ilk yarısında Gürcüstana 87 min 543 Azərbaycan vətəndaşı səfər edib və onların 47 min 956 nəfəri qonşu ölkəyə turizm məqsədi ilə gedib.
Onu da eyd edək ki, bu ilin ilk yarısında Gürücstana ən çox Türkiyə (623 min 972 nəfər), Rusiya (527 min 519 nəfər), Ermənistan (387 min 691 nəfər) və İsrail (126 min 213 nəfər) vətəndaşları səfər ediblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top