Okeanın dibində Bürc Xəlifədən 4 dəfə hündür dağ aşkar edildi


ABŞ-nin Kaliforniya ştatındakı Şmidt adına Okeanologiya İnstitutunun okeanoloqları okeanın dibində dünyanın ən hündür göydələnindən 4 dəfə hündür dağ aşkar ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, okeanoloqlar tərəfindən 28 günlük ekspedisiyadan sonra kəşf edilmiş və xəritələnmiş dəniz dağının hündürlüyü demək olar ki, dünyanın ən hündür binası olan Bürc Xəlifədən dörd dəfə böyükdür.
Sakit Okeanda Çili sahillərindən 1448 kilometr məsafədə yerləşən və 3109 metr hündürlüyü olan dəniz dağı süngər bağlarına, qədim mərcanlara və nadir dəniz növlərinə ev sahibliyi edən sualtı dağ silsiləsinin bir hissəsidir.
Okeanoqraflar hesab edirlər ki, dünyada hündürlüyü 1000 metrdən çox olan ən azı 100 000 dəniz dağı var. Bu dağlar okeanda bir çox növ üçün mühüm yaşayış mühiti təmin edirlər.
Qeyd edək ki, Dubayda yerləşən Bürc Xəlifə göydələninin hündürlüyü 830 metrdir.
2004-cü ildə tikilməyə başlayan Burc Xəlifənin tikintisi 2010-cu ildə başa çatıb. Binanın layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top