
Almatı İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulinin keçmiş həyat yoldaşı Gülmira Satıbaldıya hökm oxuyub.
Yeniavaz.com “Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, o, əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onu hədə-qorxu ilə pul tələb etməkdə, həmçinin qanunsuz olaraq azadlıqdan məhrumetmədə təqsirli bilib.
Bu cinayət işində adı hallanan onun şəriki Madi Batırşayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəməyə Gülmira Satıbaldının işi may ayında, Antikor istintaqı başa çatdıqdan sonra daxil olub.
2023-cü ilin may ayında Gulmira Satıbaldı artıq ilk cəzasını alıb və biznesi ələ keçirmə və adam oğurluğuna görə 7 il həbs cəzası alıb.
Hökm hələ qanuni qüvvəyə minməyib
Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldıuilinin barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.