Si Cinpin Ceyk Sallivanla görüşdü – KİV


Çin Prezidenti Si Cinpin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, görüş Pekində Böyük Xalq Evində baş tutub.
Telekanal onların söhbətinin təfərrüatlarını hələlik açıqlamayıb.
Qeyd edək ki, Sallivan ilk dəfədir ki, Çinə səfər edir. Bundan əvvəl o, Çinin xarici işlər naziri Van Yi, eləcə də Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yusiya ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top