Mbappenin “X” səhifəsini sındırıb Messini təhqir etdilər – Ronaldonu təriflədilər


“Real Madrid”in fransız futbolçusu Killian Mbappenin “X” sosial şəbəkəsindəki səhifəsi haker hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.
Məlumata görə, hücum edənlər səhifəyə bir neçə mesaj yerləşdiriblər. Belə ki, hakerlər Messini təhqir edərək, onu “Cırtdan Messi” adlandırıblar. Hakerlər həmçinin Ronaldonu “bütün zamanların ən böyük futbolçusu” kimi təqdim ediblər. Hakerlər səhifədə İngiltərə Premyer Liqası komandalarına qarşı da bir neçə təhqiramiz mesajlar yerləşdiriblər.
Dərc edilmiş mesajlar qısa bir vaxtda silinib.
Qeyd edək ki, bu, Mbappenin “X” səhifəsinin haker hücumuna məruz qaldığı ilk hadisə deyil. 2019-cu ildə hücumçular bu platformada futbolçunun hesabına da daxil ola biliblər.

DİGƏR XƏBƏRLƏR

Top