FHN-in amfibiya təyyarəsi 10 gündən çoxdur Türkiyədədir – Video


Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Yeniavaz.com
FHN-ə istinadla xəbər verir ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
“Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir”, - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, sözügedən təyyarə artıq 10 gündən çoxdur ki, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top