Bu ilin 1 iyul tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 361,3 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici dövlət borcu bu ilin əvvəli ilə müqayisədə 1 milyard 99,9 milyon dollar və ya 17% azalıb.
Məlumat üçün bildirək ki, xarici dövlət borcunun 40,6%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.
Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısını təqdim edirik:
- Maliyyə Nazirliyi – 2 milyard 176 milyon 688 min dollar (40,6%)
- “Azəravtoyol” ASC – 1 milyard 50 milyon 815 min dollar (19,6%)
- Dövlət Su Ehtiyatları Agentliyi – 788 milyon 111 min dollar (14,7%)
- “Azərbaycan Dəmir Yolları” QSC – 729 milyon 137 min dollar (13,6%)
- NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 193 milyon 6,8 min dollar (3,6%)
- Kənd Təsərrüfatı Nazirliyi – 139 milyon 394 min dollar (2,6%)
- Digər dövlət qurumları – 284 milyon 149 min dollar (5,3%)
Elnur Əli