
ABŞ-nin xüsusi prokuroru Cek Smitin ofisi ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı qanuni təqibdən qismən toxunulmazlığı nəzərə alınmaqla yeni ittiham aktı təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sənəd Kolumbiya Metropolitan Dairəsinin Federal Məhkəməsinin elektron məlumat bazasına daxil edilib.
Smit müttəhimin ilkin ittiham aktında olduğu kimi eyni cinayət əməlləri ilə ittiham olunduğunu bildirib.
Belə ki, xüsusi prokuror 2023-cü ilin avqustunda Trampa qarşı dörd maddə üzrə ittiham elan edib. Bu ittihamlara görə, Tramp 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq əldə saxlamağa cəhdində ittiham olunub. Respublikaçıya qarşı irəli sürülən ittihamların ən ağırı üçün maksimum cəza 20 il həbsdir.
Həmçinin yeni sənəd orijinalla müqayisədə 42 səhifədən 36 səhifəyə qədər qısaldılıb və Trampın ABŞ Ədliyyə Departamentinin əməkdaşları ilə seçki saxtakarlığı ilə bağlı məlumatları müzakirə etməsi barədə bəzi iddialar işdən çıxarılıb.
Qeyd olunu ki, sənəd işdəki sübutlar haqqında əvvəllər məlumatı olmayan yeni böyük münsiflər heyətinə təqdim edilib.
Xüsusi prokuror qeyd edib ki, yeni sənəd ABŞ Ali Məhkəməsinin iyulun 1-də Trampın hüquqi təqibdən qismən toxunulmazlığına malik olan qərarı əsasında hazırlanıb. Bu, yalnız Trampın rəsmi vəzifələri çərçivəsində etdiyi hərəkətlərə şamil edilir.
Digər tərəfdən, yeni sənədə görə, Tramp ittihamlarla üzləşmək üçün Vaşinqtona gəlməli deyil.