İlin əvvəlindən Afrikada meymunçiçəyinə 22,8 min nəfər yoluxub


2024-cü ilin əvvəlindən Afrika ölkələrində “mpox” (meymunçiçəyinin yeni adı) yoluxma hallarının sayı 22,8 min nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AP agentliyi Afrika İttifaqının tibb xidmətinə - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Afrika Mərkəzlərinə (ACDC) istinadən məlumat yayıb.
Bildirilir ki, bu müddət ərzində 622 nəfər yoluxduqdan sonra dünyasını dəyişib. Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 200% artıb. “Mpox” epidemiyasının episentri Konqo Demokratik Respublikasıdır (DRC). Xəstəlikdən ən çox təsirlənən yaş qrupu 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.

DİGƏR XƏBƏRLƏR

Top