Ronaldo ÇL tarixinin ən yaxşı bombardiri kimi mükafat alacaq


Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Çempionlar Liqası tarixinin bombardiri kimi mükafatlandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
Futbolçuya xüsusi mükafat avqustun 29-da Monakoda Çempionlar Liqasının 2024/25 mövsümünün ümumi mərhələsinin püşkatma mərasimində təqdim olunacaq. Mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edəcək.
Qeyd edək ki, Ronaldo Avropada Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib. O, 183 matçda vurduğu 140 qolla Çempionlar Liqası tarixində birinci yerdədir. Ronaldo beşqat Çempionlar Liqasının qalibidir. Portuqaliyalı idmançı yeddi dəfə turnirin ən yaxşı bombardiri olub. O, Çempionlar Liqasının bir mövsümündə ən çox qol vurma rekorduna sahibdir (2013/14 mövsümündə 17 qol).

DİGƏR XƏBƏRLƏR

Top