HƏMAS-ın əlindəki israilli girovlardan biri qaçıb – KİV


Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovlardan biri qaçıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı adı açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, girov Qəzzadan qaçaraq İsrail ordusuna çatıb.
Digər tərəfdən, İsrail ordusu da Qəzzanın cənubunda girovlardan birinin xilas edildiyini təsdiqləyib. Belə ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda xilasetmə əməliyyatı zamanı Fələstinin HƏMAS hərəkatının girov saxladığı şəxslərdən birinin xilas edildiyini bəyan edib.
“IDF və Şin Bet tərəfindən həyata keçirilən əməliyyat zamanı oktyabrın 7-də Qəzza zolağında HƏMAS terror təşkilatı tərəfindən qaçırılan Rahat şəhərindən olan Fərhan Əl-Qadi bu gün xilas edilib”, - deyə ordunun məlumatında qeyd edilib.
Bildirilir ki, xilas edilən şəxsin vəziyyəti normaldır, o, növbəti tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top