Durovun həbsindən sonra “Telegram”ın populyarlığı artıb


Messencerin yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra “Telegram”ın populyarlığı xüsusilə, Fransa və ABŞ-də artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Bildirilib ki, Fransada messencer “iOS App Store”da yükləmələrin sayına görə “Sosial Şəbəkələr” kateqoriyasında birinci yerə yüksəlib və ümumilikdə proqramların reytinqində üçüncü olub.
“Telegram” Amerika “App Store”da ikinci ən çox yüklənən sosial şəbəkə proqramı olub və dünyada “iOS” üçün messencerin endirilmə sayı 4% artıb.
Qeyd edək ki, Durov avqustun 24-də Parisin “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. İş adamı Fransaya Azərbaycandan gəlib. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Fransa hakimiyyətinin “Telegram” və Durova qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır. Paris prokurorluğu onu xüsusilə terror, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham edir. Yəni, faktiki olaraq o, “Telegram”dan istifadə edərək bu və digər cinayətləri törədənlərin şəriki hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top