ABŞ-də seçki yarışına müstəqil namizəd kimi qoşulan kiçik Robert Kennedi belə bir təklif olacağı təqdirdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postunu tutmaq istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.
“Bəli, mən razı olardım, ancaq ABŞ Konqresinin Senatı tərəfindən heç vaxt təsdiqlənməzdim”, - kiçik Kennedi qeyd edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyat xidmətləri Senatın çox güclü komitələri tərəfindən qorunur.
“Mən o komitələrdəki insanlar üçün çox təhlükəli olardım”, - o, əlavə edib.
Qeyd edək ki, keçən həftə kiçik Kennedi kampaniyasını dayandırdığını və prezidentlik yarışında Respublikaçı namizəd Donald Trampı dəstəklədiyini açıqlayıb.