ABŞ Ukrayna ilə Rusiyanın dərinliklərinə zərbələri müzakirə edib


ABŞ administrasiyası təsdiq edib ki, Ukrayna ilə Amerika silahlarının Rusiya ərazisinə hücumlarının dərinləşdirilməsi perspektivləri ilə bağlı danışıqlar davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.
Belə ki, jurnalistlər üçün keçirilən müntəzəm onlayn Kirbidən Ukrayna hakimiyyətinin Rusiya ərazisi boyunca Amerika silahlarının istifadə zonasını genişləndirməsinə icazə verilməsinin zəruriliyi ilə bağlı bəyanatları şərh etmək istənilib.
“Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni istəyi deyil. O, öz narahatlığını bizə özəl şəkildə bildirib və o, təbii ki, bunu hamıya açıq şəkildədə bildirib və biz onun bunu niyə etdiyini başa düşürük – ölkəsi hücuma məruz qalır. Lakin mən dəfələrlə demişəm ki, biz Ukrayna ilə danışıqları davam etdirəcəyik, amma biz onları özəl şəkildə aparacağıq. Və mənim Amerika silahları ilə bağlı siyasətimizdə bu gün sizə məlumat verə biləcəyim heç bir dəyişikliyim, nə də bu məsələ ilə bağlı təlimatlarda dəyişikliklər var”, - Kirbi cavab verib.
Qeyd edək ki, ötən həftə Kirbi  bildirib ki, Kiyevlə Rusiyaya ABŞ silahları ilə zərbələrin dərinliyinin artırılmasını müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top