
“HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə İsrail İrandan mütləq cavab alacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığında bildirib.
“İran İslam Respublikasının sionist rejimin (İsrailin – red.) Tehrandakı terror aktına cavabı labüd, dəqiq və düşünülmüş olacaq, sionist rejimdən fərqli olaraq, İran İslam Respublikası gərginliyi artırmağa çalışmır , baxmayaraq ki, bundan qorxmur”, - Əraqçi bildirib.
Qeyd edilir ki, Tayani öz növbəsində bütün tərəflərdən təmkinli olmağı tələb edib və Yaxın Şərqdə artan qeyri-sabitlikdən narahatlığını bildirib.
Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İran dəfələrlə bunu cavabsız qoymayacağını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz