“Walmart”ın varisi “L'Oréal”ın varisini keçərək dünyanın ən varlı qadını oldu


“Walmart”ın varisi “L'Oréal”ın varisini keçərək, dünyanın ən varlı qadını olub.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nə görə, (“Bloomberg Billionaires Index”) pərakəndə satış ikonu Sem Uoltonun qızı Elis Uolton ilk dəfə 95 milyard dollardan çox sərvətə sahib olub.
Bunun səbəbi “Walmart”ın səhmlərinin qiymətinin bu il 44% artımla bütün dövrlərin ən yüksək səviyyəsinə çatması və bununla bağlı Elis Uoltonun sərvətinin 25 milyard dollar artmasıdır.
Bunun əksinə olaraq, Fransa kosmetika nəhənginin qurucusu Ejen Şuellerin nəvəsi Fransuaza Bettankur Mayersin sərvəti bu il 9 milyard dollar azalaraq, 91 milyard dollara düşüb. Bu isə yanvar ayından etibarən “L'Oréal” səhmlərinin 12% ucuzlaşması nəticəsində baş verib.
Dünyanın üçüncü ən varlı qadını isə 75 milyard dollarlıq sərvəti ilə amerikalı xeyriyyəçi, “Koch Industries” şirkətinin sahibi Culiya Fleşer Koks olub. Onun sərvəti il ərzində 9 milyard dollardan çox artıb.
Digər tərəfdən, Uolton iki qardaşı Cim (98 milyard dollar) və Rob Uoltondan (95,8 milyard dollar) sonra “Bloomberg”in dünyanın ən varlı adamları siyahısında 18-ci, Bettenkur-Mayers 20-ci, Koks isə 21-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top