Azərbaycanda gümüşün qiyməti 28% bahalanıb


Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, gümüşün 1 qramının qiyməti 1,6 manata bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, 1 qram gümüşün qiyməti bu ilin əvvəlindən 28% bahalanıb.
Belə ki, bu ilin yanvar ayının əvvəlində gümüşün 1 qramının qiyməti 1,3 manat olub.
Onu da bildirək ki, gümüşün Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində artım müşahidə olunsa da, zərgərlik dükanlarında satılan və gümüşdən hazırlanan zinət əşyalarının qiymətində ciddi dəyişiklik qeydə alınmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar ayında zərgərlik dükanlarında satılan 5 qram ağırlığında gümüş üzüyün orta satış qiyməti 40 manat olduğu halda, iyul ayında 40,8 manat olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top