İsrail ordusu Qəzzada daha iki hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı iki hərbçinin həlak olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Qüds briqadasının üzvü, 36 yaşlı serjant Şlomo Conatan Hazut Qəzza zolağının mərkəzində döyüş zamanı həlak olub.
Həmçinin, Fələstin anklavının şimalında İsrail Hərbi Dəniz Qüvvələrinin 914-cü rotasında xidmət edən 21 yaşlı serjant David Moşe Ben Şitrit ölüb.
Yeni məlumatlar nəzərə alınmaqla, İsrail ordusunun Qəzzada quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərinin sayı 338 nəfərə çatıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin ümumi sayı isə 702 olub.

DİGƏR XƏBƏRLƏR

Top