ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ABŞ prezidentliyinə namizəd olduğu 21 iyuldan bəri seçki kampaniyası çərçivəsində 540 milyon dollar ianə toplayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kamala Harrisin seçki kampaniyasının sədri Jen Dillon açıqlama verib.
Dillon bildirib ki, Harrisin kampaniya çərçivəsində son 4 gündə toplanan ianə məbləği 82 milyon dollar olub.
Donorların sayında nəzərəçarpacaq artım olduğunu deyən Dillon, kampaniya başlayandan bu günə kimi 200 min yeni könüllünün qeydiyyatdan keçdiyini bildirib.
Dillon, ianələrin üçdə birinin ilk dəfə ianə verən insanlardan gəldiyini və ən çox ianə verənlərin müəllimlər və tibb bacıları olduğunu deyib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və donorların sayı seçkinin nəticələri haqqında təsəvvür yaratmaq üçün diqqətlə izlənilir.