
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində Moskva-İrəvan aviabiletlərinin qiyməti tez-tez dəyişir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” portalı məlumat yayıb.
Bildirilir ki, bu gün, avqustun 25-nə Moskva-İrəvan istiqamətində aviabiletlərin qiyməti 134 min dramdan (350 dollar) başlayır və 301 min drama (780 dollar) çatır.