Pavel Durov bu gün məhkəmə qarşısına çıxmalıdır – AFP


“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Paris hava limanında saxlanıldıqdan sonra bu gün məhkəmə qarşısına çıxmalıdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, Fransanın yetkinlik yaşına çatmayanlara qarşı zorakılığın qarşısını alan OFMIN agentliyi, fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kiber zorakılıq, mütəşəkkil cinayətkarlıq və terror təbliğatı da daxil olmaqla iddia edilən cinayətlər üzrə ilkin istintaq çərçivəsində Durov haqqında həbs qərarı verib.
Durov öz platformasından cinayət məqsədləri üçün istifadənin qarşısını almaq üçün tədbirlər görməməkdə ittiham olunur.
“Telegram-ın cəzasız qalması kifayətdir” deyən müstəntiqlərdən biri Durovun axtarışda olduğunu bilə-bilə Parisə getməsinə təəccübləndiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top