
2024/2025-ci illər mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) çıxış edən Premyer Liqa klubları üçün UEFA tərəfindən ayrılmış ödənişlər müvafiq klubların hesabına köçürülüb.
Yeniavaz.com xəbər verir ki, AFFA-nın rəsmi saytında dərc olunan məlumata əsasən, proses qurumun vasitəçiliyi ilə baş tutub.
Bildirilib ki, ödəniş “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
Məbləğlər aşağıdakı kimidir:
- “Zirə” – 349.600 avro;
- “Sabah” – 174.600 avro;
- “Sumqayıt” – 524.600 avro.