Təl-Əvivdə 240 bomba sığınacağı açıldı, çimərliklər bağlandı


İsrailin Təl-Əviv şəhərində 240 bomba sığınacağı açılıb, ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a şəhər merinin müşaviri İlana Mixaeli məlumat verib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib, lazım gələrsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - o bildirib.
Qeyd edək ki, avqustun 25-də “Hizbullah” İsrail ərazisinə 320-dən çox raket atıb. İsrail qırıcıları buna cavab olaraq Livandakı “Hizbullah” hədəflərinə hücum edib. Yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top