Füzulidə sursat partlayışı baş verdi

sədərəkdə partlayış olub – 2 nəfər həlak olub
Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilir ki, Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top