Türkiyədə hücuma məruz qalan siyasətçi dünyasını dəyişdi


Üç nəfərin hücumuna məruz qalan və üzündən ağır yaralanan Tekirdağın Süleymanpaşa İlçe Bələdiyyəsinin CHP Divan üzvü Mustafa Can Ekiciler həyatını itirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 20-də baş verən hücumdan sonra 31 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib.
Namık Kamal Universiteti Araşdırma və Tətbiq Xəstəxanasında reanimasiyaya yerləşdirilən Ekinciler gecə saatlarında dünyasını dəyişib.
Ekinciler, Süleymanpaşa mahalının Qaziköy rayonundakı yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq almaq üçün dayanarkən, 3 nəfər taksi ilə gəlib. Qrupla Əkinçilər arasında naməlum səbəbdən mübahisə yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top