Qəzzada son 48 saatda 70-ə yaxın fələstinli öldü


İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 48 saat ərzində 70-ə yaxın fələstinli ölüb, 210-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son iki gündə İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlarda ölənlərin sayı 40 334, yaralananların sayı 93 356 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top