
Çin Prezidenti Si Cinpin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanhuey məlumat yayıb.
“Səfər planlaşdırılır, o, sammitdə iştirak edəcək”, - deyə diplomat Çin liderinin sammitdə iştirakı ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, birlik 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2011-ci ildə isə birliyə Cənubi Afrika qoşulub. 1 yanvar 2024-cü ildə isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-in tamhüquqlu üzvü olublar. Digər tərəfdən, 23 dövlət iqtisadi bloka qoşulmaq arzusunu bildirib.
Xatırladaq ki, 2024-cü ildə BRİKS-ə Rusiya sədrlik edəcək.