
1940-cı ilin əvvəllərində İngiltərə və Fransa Finlandiya üzərindən hücum edərək SSRİ-yə qarşı müharibəyə başlamaq niyyətində idilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Dövlət Hərbi Arxivinin dərc etdiyi sənədə istinadla məlumat yayıb.
Sənədə görə, London və Paris Leninqradı tutmaq, Qafqazdan daxil olmaq və neft hasilatını məhv etmək niyyətində idilər. Bundan əlavə, milli rus hökumətinin yaradılması planlaşdırılırdı.
Qeyd edək ki, bu gün NATO-nu yaradan Şimali Atlantika Müqaviləsinin qüvvəyə minməsinin 75-ci ildönümüdür. 1949-cu ildə sənədi 12 ölkə imzalayıb. Hazırda alyansa 32 dövlət daxildir.