
Türkiyənin “Piri Rəis” sualtı qayığı bu gün xidmətə başlayacaq.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı təşkil olunacaq tədbirdə iştirak edəcək.
Sualtı qayığın uzunluğu 68,35 metr, diametri 6,3 metrdir. 1850 tonluq qayıq 40 nəfərlik heyət üçün nəzərdə tutulub.
Sualtı qayıq layihəsinin icrası 2011-ci ildə başlayıb. Layihədə 111 mühəndis, texniki işçi və ekspert iştirak edib.
Qeyd edək ki, “Piri Rəis” Türkiyənin ilk sualtı qayığıdır.