Paşinyana alma atan şəxs saxlanıldı – Yenilənib


Ermənistanın Baş naziri Nikol Paşinyana alma atan vətəndaş müəyyən edilərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Şöbədən aydınlıq gətirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb, bu hərəkət xuliqanlıq kimi qiymətləndirilir.


***11:05
Ermənistanda naməlum şəxs Baş nazir Nikol Paşinyana alma atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ArmLur.am” portalı məlumat yayıb.
Məlumata görə, Paşinyan İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı qohumlarından birinin evinə baş çəkib.
Bu zaman ehtimal ki, başqa bir binanın sakini hündürmərtəbəli binanın pəncərəsindən Paşinyana alma atıb.
Ermənistan Daxili İşlər Nazirliyi hadisıə ilə bağlı hər hansı bir şərh verməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparır.

DİGƏR XƏBƏRLƏR

Top