
ABŞ Ticarət Nazirliyi 123 xarici şirkəti, o cümlədən 64 Rusiya və 42 Çinli şirkəti qara siyahıya salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın Federal Reyestrində yerləşdirilən bildirişdə deyilir.
ABŞ Ticarət Departamentinin bir hissəsi olan Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına əsasən, qara siyahıya düşən 48 Rusiya hüquqi şəxsin Rusiya və Belarusdan olan hərbi məhsulların son istehlakçıları olduğu iddia edilir.
Bundan əlavə, Rusiya Federasiyasından olan bir neçə şirkət ABŞ Ticarət Departamentinin Rusiyaya Amerika mənşəli həssas texnologiyaları tədarük etdiyi iddiası ilə qara siyahıya salınıb.
Çin şirkətləri də Rusiya Federasiyasına Amerika texnologiyalarının və digər “həssas məhsulların” tədarükündə iştirak etdiklərinə görə qara siyahıya salınıb. Bundan əlavə, siyahıya müharibə keçirmək üçün Rusiya Federasiyasına lazım olan Amerika texnologiyalarının İrana çatdırılmasına töhfə verdiyi iddia edilən 11 İran şirkəti də var.
ABŞ Ticarət Nazirliyi Kanada, Qazaxıstan, Qırğızıstan, BƏƏ, Kipr və Ukraynadan olan hüquqi şəxsləri də qara siyahıya salıb.
Tətbiqimizi yükləyə bilərsiniz