Sallivan avqustun 27-də Çinə səfər edəcək


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan avqustun 27-29-da Çində səfərdə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi Sallivanın qarşıdan gələn səfərinə həsr olunmuş xüsusi onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, Sallivan Çində xarici işlər naziri Vanq Yi ilə görüşəcək.
“ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan avqustun 27-dən 29-dək Pekinə gedəcək, xarici işlər naziri, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yi ilə görüşəcək”, - ABŞ rəsmisi qeyd edib.
O, həmçinin bu səfərin Sallivanın Çinə ilk səfəri olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top