Xüsusi təyinatlılar koloniyadakı dörd məhbusu öldürdü – Yenilənib


Rusiyanın təhlükəsizlik qüvvələrinin nümayəndələri Volqoqrad vilayətinin Surovikino şəhərində yerləşən 19 sayılı islah koloniyasında əməliyyat keçiriblər. 
Yeniavaz.com
xəbər verir ki, hücumun başladığını “Mash” və “Baza” teleqram kanalları yayıb.
Eyni zamanda, Surovikino sakinləri atışma səslərini eşitdiklərini yazırlar.
Məlumata görə, koloniya işçilərini girov götürən məhbusların 4-ü öldürülüb.  
Yerli sakinlər bildirib ki, Surovikinoda internetlə bağlı problemlər olub.
Məlumata görə, hücum zamanı məhkumlar tərəfindən saxlanılan bütün girovlar azad edilib.

***15:19
Rusiyanın Volqoqrad vilayətində məhbuslar Penitensiar Xidmətin əməkdaşlarına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
Bildirilib ki, 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı məhkumlar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
Qeyd olunub ki, insident zamanı girov götürülənlər və ölənlər olub:
“Hazırda girovların azad edilməsi üçün tədbirlər görülür və qurbanların sayı dəqiqləşdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top