Banqladeş keçmiş baş nazirə qarşı 50-dən çox ittiham irəli sürdü


Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı müxtəlif ağır cinayətlərə görə verilən ittihamların sayı 51-ə çatıb.
Yeniavaz.com
“The Daily Star” nəşrinə istinadla xəbər verir ki, polis və məhkəmələr iyul və avqust aylarında ölkə daxilində baş vermiş hökumət əleyhinə etirazlarda 500-dən çox insanın ölümü ilə bağlı məlumatları müəyyənləşdirməkdə, həmçinin Şeyx Hasina və nazirlərinin göstərişi ilə bu qədər çox sayda insanın ölümünə səbəb olan şəraiti öyrənməkdə davam edir.
Təsdiqlənmiş məlumatlara əsasən, keçmiş hökumət başçısına qarşı indi 42 etiraz aksiyası iştirakçısının qətli, 7 insanlıq əleyhinə cinayət və soyqırımı, eləcə də adam oğurluğu ittihamı irəli sürülüb.
Keçmiş baş nazirdən başqa, “Avami Liqası”nın baş katibi Obaydul Qader, keçmiş xarici işlər naziri Həsən Mahmud, keçmiş daxili işlər naziri Əsədüzzaman Xan və ədliyyə maziri Anisur Rəhman da daxil olmaqla daha 86 nəfərə qarşı oxşar ittihamlar irəli sürülüb.
Təqsirləndirilənlər arasında keçmiş baş nazirin bacısı Şeyx Rehana, oğlu Sacib Vazed Coy və qızı Sayma Vazed də var.
Şeyx Hasina kimi onlar da 2018-ci ildə həmkarlar ittifaqı liderinin oğurlanması və qətlində əli olmaqda ittiham olunurlar.
Bütün ittihamların mühakimə olunması üçün Beynəlxalq Cinayət Tribunalına təqdim edilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top