İsrailin itkiləri artdı


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha bir hərbçisinin həlak olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 401-ci zirehli “Dəmir izlər” diviziyasının 46-cı batalyonunun 19 yaşlı çavuşu Ori Aşkenazi Nehemya Fələstin anklavının cənubundakı döyüş zamanı həlak olub.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzzada quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərinin sayı 336 nəfərə çatıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail hərbçilərinin sayı isə 695 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top