İlham Əliyevin Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü oldu – Yenilənib


Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulanıb, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.


***10:36
Prezident İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top