Finlandiyada Rusiya ilə sərhədə 5 minlik NATO briqadası yerləşdiriləcək


Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhədə yaxın ərazidə NATO-nun təxminən 5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı “İltalehti” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.
Nəşr yazır ki, yaradılan briqada həm də FLF (Forward Land Forces) qoşunları kimi tanınır.
Qeyd edək ki, bundan əvvəl avqustun 21-də Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yerləşdirmək barədə danışıqlar apardığı bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top