“Ermənistan səhvlərinə görə Rusiyanı günahlandırmağa çalışır” – Zaxarova


“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üçtərəfli sazişlərin yerinə yetirilməsi ilə bağlı bəyanatına İrəvanın reaksiyası onu deməyə əsas verir ki, Ermənistan öz səhvləri və strateji hesablamalarına görə Rusiyanı günahlandırmağa çalışır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz Ermənistan XİN-in Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına bu cür reaksiyasını gördük. Bu, rəsmi İrəvanın öz səhvlərinə, strateji səhv hesablamalarına görə başqalarını ittiham etmə xəttinin növbəti nümunəsidir. Xüsusilə, bu halda Rusiyaya”, - Zaxarova deyib.
Zaxarova qeyd edib ki, İrəvan üçtərəfli razılaşmaları sabotaj edərək “yenə də Qərbin sifarişi ilə hərəkət edir”. Onun sözlərinə görə, Ermənistan bununla təkcə öz iqtisadiyyatının xeyrinə nəqliyyat əlaqələri yaratmaq deyil, həm də regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanını əldən verir:
“Biz İrəvan hakimiyyətini Qərbin Qafqazda davamlı sülhün bərqərar olması üçün onilliklər boyu davam edən səylərini pozmasına imkan verməməyə çağırırıq. Bu, ABŞ və Aİ-nin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Ermənistan və regionun digər ölkələri ilə münasibətlərimizə zərbə vurmaq ideyası ilə bağlı vəsvəsəsini nəzərə alsaq, xüsusilə aktualdır”.

DİGƏR XƏBƏRLƏR

Top