“Tesla” nasazlığa görə 9000-dən çox avtomobilini geri çağıracaq


“Tesla” 9 136 “Model X” idman avtomobilini geri çağırır.

Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
“Ön və mərkəzi tavanın kosmetik hissələri avtomobilə astarsız yapışdırıla bilər. Nəticədə, bir və ya hər iki trim elementi avtomobildən ayrıla bilər”, - məlumatda deyilir.
Məktubda bildirilir ki, elektrik avtomobil istehsalçısı dam örtüyünün yapışmasını yoxlayacaq və zəruri hallarda üzlük hissələrini avtomobil sahiblərinə heç bir ödəniş etmədən yenidən birləşdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top