
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Hernan Klaus sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Messi fərdi proqram üzrə məşqlərə davam edir, lakin tezliklə ümumi qrupda məşqlərə başlayacaq.
Hücumçunun sentyabrın 1-də baş tutacaq “Çikaqo Fayr” klubu ilə matçda meydana çıxa biləcəyi istisna olunmur, lakin prioritet məqsəd “Filadelfiya Yunion”la oyun üçün (14 sentyabr) meydana qayıtmaqdır.
Qeyd edək ki, Messi iyulun 15-də Kolumbiya millisi ilə Amerika kubokunun finalında (1:0) topuğundan zədə alıb və matçın 64-cü dəqiqəsində əvəzlənib.
Xatırladaq ki, məşhur futbolçu 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalının transfer qiyməti hazırda 30 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz