
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqanın son mövsümünün simvolik komandasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə assosiasiyanın saytında məlumat verilib.
Məlumata görə, simvolik komanda aşağıdakı futbolçulardan təşkil olunub:
Qapıçı: David Raya (“Arsenal”).
Müdafiəçilər: Vilyam Saliba (“Arsenal”), Vircil van Deyk (“Liverpul”), Qabriel Maqalyans (“Arsenal”), Kayl Uoker (“Mançester Siti”).
Yarımmüdafiəçilər: Rodri Hernandes (“Mançester Siti”), Deklan Rays (“Arsenal”), Martin Odeqard (“Arsenal”).
Hücumçular: Erlinq Holan (“Mançester Siti”), Filip Foden (“Mançester Siti”), Olli Uotkins (“Aston Villa”).
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada çempionluq titulunu “Mançester Siti” qazanıb. “Arsenal” ikinci, “Liverpul” isə üçüncü olub.
Tətbiqimizi yükləyə bilərsiniz