
“WhatsApp”ın beta versiyasında istifadəçi məxfiliyini və təhlükəsizliyini təkmilləşdirməyə yönəlmiş yeni funksiyalar əlavə olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, “WhatsApp”ın “Android” üçün 2.23.11.15 beta versiyasında hesabınıza ləqəb təyin etmək mümkün olub. Bu, şəxsi telefon nömrənizi naməlum həmsöhbətlərdən gizlətməyə imkan verir, eyni zamanda hesabınızı ləqəb və ya nömrə ilə axtarmaq imkanı saxlayır. Köhnə kontaktlar telefon nömrəsini görməyə davam edəcək, yeni kontaktlar isə yalnız istifadəçi adını görəcəklər.
Həmçinin, “Android” 2.24.18.2 üçün başqa bir beta versiyasına PİN koddan istifadə etməklə naməlum istifadəçilərdən gələn mesajların bloklanması funksiyası əlavə edilib. İstifadəçilər ilk dəfə mesaj yazmaq üçün daxil edilməli olan ən azı dörd rəqəmdən ibarət kod təyin edə bilərlər. Köhnə söhbətlər PİN kodu tələb etmir və funksiya defolt olaraq qeyri-aktivdir.
Hələlik “Android” və iOS üçün “WhatsApp”ın stabil versiyalarında bu funksiyaların görünmə vaxtı hələ açıqlanmayıb.