
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərb ölkələri ilə yaxınlaşma siyasətini tənqid edib və ermənilərin heç kimə lazım olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalına müsahibəsində danışıb.
“Bu necə siyasətdir? Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət yetirsinlər. Hansı Fransa? Hansı Makron? Sabah Makron orada olmayacaq və hamı Ermənistanı unudacaq”, - Lukaşenko qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun Belarusun prezidenti olaraq qaldığı müddətdə Belarusa getməyəcəyini bildirmişdi. Həmin gün Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün İrəvana çağırmış, Belarus da Ermənistanın bu addımına adekvat addımla cavab vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz