
Türkiyənin “TRT1” kanalı bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Dinamo Zaqreb”-“Qarabağ” oyununu canlı yayımlayacaq.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin dövlət kanalı ilk dəfə olaraq Çempionar Liqasında Azərbaycan komandasının oyununu canlı yayımlamış olacaq.
Qeyd edək ki, “Maksimir” stadionunda baş tutacaq oyun Azərbaycanda “CBC Sport” telekanalında yayımlanacaq.
Qarşılaşma saat 23:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz