Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Hakurk rayonunda növbəti əməliyyat keçirib.
Yeniavaz.com “TRT”-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının üzvü Sema Cuya Çevlik kod adlı Zilan Azak zərərsizləşdirilib.
Məlumata görə, Zilan Azak Türkiyəyə qarşı kəşfiyyat/müşahidə və dron hücumu əməliyyatlarında iştirak edib.
Terrorçunun yerini MİT-in təşkilat daxilindəki sahə agentləri müəyyən edib.
Qeyd edək ki, Zilan Azak universitet təhsilini yarımçıq qoyaraq, 2015-ci ildə PKK/KCK sıralarına qoşulub. O, İraqın Qara şəhərində silahlı təlim keçib.
Azak təşkilatın liderləri tərəfindən kəşfiyyat/müşahidə və pilotsuz uçuş aparatları əməliyyatlarına rəhbərlik etmək üçün təyin edilib.