Mobil internetin sürətinə görə Ermənistan və Gürcüstandan öndəyik


Azərbaycan mobil internetin sürətinə görə dünyada 49-cu yerdədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Speedtest Global Index” adlı hesabatda yer alıb.  
Bildirilir ki, Azərbaycanda mobil internetin orta sürəti 53,98 Mbit/s təşkil edir.
Ermənistan 81-ci yerdə (31,16 Mbit/s), Gürcüstan isə 68-ci yerdədir (38,43 Mbit/s). Ən sürətli mobil internet BƏƏ-dədir (360 Mbit/s). İkinci yerdə Qətər (344 Mbit/s), üçüncü yerdə isə Küveyt (232 Mbit/s) qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top