“Qazprom” və SOCAR strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər


“Qazprom” və Azərbaycanın SOCAR şirkəti “Şimal-Cənub” layihəsində tərəfdaşlığı müzakirə edir, həmçinin çoxşaxəli strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
“Qazprom" və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Söhbət xüsusilə “Şimal-Cənub” layihəsindən və 2024-cü ilin sentyabrında hərtərəfli elmi-texniki əməkdaşlıq proqramının imzalanmasından gedir”, - deyə Miller bildirib.

DİGƏR XƏBƏRLƏR

Top