Türkiyəli nazir Azərbaycana təşəkkür etdi – Video


Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Azərbaycana təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə ölkəsində baş verən və davam etməkdə olan meşə yanğınları barəsində məlumat verərkən danışıb.
“Ölkə üzrə meşə yanğınları ilə mübarizədə bizə dəstək verən can Azərbaycana təşəkkür edirəm. Bizə bir yanğınsöndürmə təyyarəsi göndərərək yanımızda olduqlarını göstərdilər. İki dövlət-tək millət olmağın nə demək olduğu yenə dünyaya nümayiş etdirildi”, - deyə nazir bildirib.

O qeyd edib ki, İzmirin Karşıyaka Yamanlar və Urla bölgələrində baş verən yanğın nəzarətə götürülüb:
“Bolu Göynükdəki yanğın da gərgin əmək sərf edilərək söndürülüb. Bölgədə əsən güclü küləyə baxmayaraq, qruplarımız yanğınları nəzarət altına ala biliblər. Hazırda beş bölgədə yanğınla mübarizə davam edir. Bu bölgələrdə də alovun tezliklə nəzarət altına alınacağını düşünürəm”.

DİGƏR XƏBƏRLƏR

Top